Azərbaycanın U-19 millisi Antalyada Şimali Makedoniya yığması ilə ikinci dəfə qarşılaşacaq
Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində yanvarın 27-də sonuncu yoldaşlıq oyununu keçirəcək.

Komandamız Şimali Makedoniyanın müvafiq yaş qrupuna aid yığması ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında yanvarın 25-də keçirilmiş birinci yoxlama matçında yığmamız 2:0 hesablı qələbə qazanıb.

Xəbər 671 dəfə oxundu.