Kliçko son döyüşünə çıxacaq
Ukraynalı peşəkar boks əfsanəsi Vitali Kliçkonun super ağır çəki dərəcəsində növbəti rəqibi almaniyalı Manuel Çarr olacaq. İdman.com.az saytı allboxing.ru-ya istinadən bildirir ki, bu döyüş sentyabrın 1-də kiyevdə təşkil olunacaq.

Təxmin olunur ki, bununla o, Ukrayna parlamentinə seçkilərdə seçicilərin rəğbətini qazanmaq istəyir. Çarr bəyan edib ki, o, çoxdan bu haqqı qazanıb. «Brilyant oğlan» ləqəbli hazırda WBC-nin reytinqində 11-cidir.Almaniya boksunun əfsaqnəsi Maks Şmellinqin yolunu davam etdirmək istədiyini bəyan etmiş Çarr əslən suriyalıdır.

Karyerasında 21 döyüş keçirib və 11-də nokautla qalib gəlməklə məğlubiyyət acısı dadmayıb. Deyilənə görə, Vitali bu döyüşlə karyerasını başa vuracaq.

Xəbər 1657 dəfə oxundu.