Binəqədi rayonunda məktəblilər arasında basketbol üzrə rayon birinciliyi keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 Fevral - “Azərbaycan Gəncləri Günü” münasibətilə məktəbli qızlar və oğlanlar arasında basketbol üzrə rayon birinciliyi keçirilib.

Yarışın yekun nəticəsinə əsasən, qızların mübarizəsində 244 N-li tam orta məktəbin komandası birinci, 3 N-li tam orta məktəbin komandası ikinci, 143 N-li tam orta məktəbin komandası üçüncü yeri tutub. Oğlanların yarışında isə 83 N-li məktəb-liseyin, 244 N-li tam orta məktəbin, 115 N-li tam orta məktəbin komandaları müvafiq olaraq birinci, ikinci, üçüncü yerlərə sahib olublar.

Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.

Xəbər 1129 dəfə oxundu.