Şahmatçılarımız Lissabonda açıq turnirə qələbə ilə başlayıblar
Azərbaycan şahmatçıları Portuqaliyanın paytaxtı Lissabonda keçirilən açıq turnirə qələbə ilə start veriblər.

Turnirdə klassik yarışların birinci turunda mübarizə aparan təmsilçilərimiz Vüqar Əsədli Pedro Koelho, Zaur Bayramov Sandro Batistanı (hər ikisi Portuqaliya), Nail Bəşirli Mikael Fieldingi (İngiltərə) məğlub ediblər.

İsveçrə sistemi üzrə keçirilən turnir doqquz turdan ibarətdir. Yarışda 227 şahmatçı mübarizə aparır.


Xəbər 925 dəfə oxundu.