“Tata Steel Chess 2020” festivalı sona yaxınlaşır
Niderlandın Veyk-an Zee şəhərində təşkil olunan "Tata Steel Chess 2020" festivalında Rauf Məmmədov və Aydın Süleymanlı son oyunlarını keçirəcəklər.

R.Məmmədov "Tata Steel Chalangers" turnirinin 13-cü, A.Süleymanlı "Tata Steel Qualifer"in 9-cu turunda mübarizə aparacaqlar. Gənc şahmatçımız, 14 yaşlılar arasında dünya çempionu A.Süleymanlı turnirdə mükafatçılar sırasına düşməyə çox yaxındır. Ötən turların nəticəsinə görə, istedadlı şahmatçı turnir cədvəlində 5 xalla 3-cü yeri tutur.

Festivalın “Tata Steel Chalangers” turnirində mübarizə aparan R. Məmmədov isə ötən turlarda 6 xal toplayıb.

Xəbər 722 dəfə oxundu.