“Qarabağ” Antalyada sonuncu yoxlama oyununu keçirib
Antalyada qış təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” komandası yanvarın 25-də sonuncu yoxlama oyununu keçirib.

Komandamız Polşanın “Visla Plok” klubu ilə qarşılaşıb. Qarşılıqlı hücumlarla keçən ilk hissədə qapılara iki qol vurulub. On səkkizinci dəqiqədə Mahir Emreli penalti zərbəsindən hesabı açıb. Birinci hissənin son dəqiqəsində isə rəqib hesabı bərabərləşdirib.

İkinci hissəyə sürətli başlayan komandamız 56-cı dəqiqədə ikinci qolu vurub. Bu dəfə Xayme Romero fərqlənib. Rəqib beş dəqiqə sonra yenidən hesabı bərabərləşdirib. Matçın 86-cı dəqiqəsində isə “Visla” üçüncü qolu vurub və qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 681 dəfə oxundu.