On doqquz yaşlı futbolçulardan ibarət milli komandamız yoldaşlıq oyununda qələbə qazanıb
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yanvarın 25-də növbəti yoldaşlıq oyununu keçirib.

Şimali Makedoniya Respublikasının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 2:0 hesablı qələbə qazanıb. Millimizin heyətində Camal Cəfərov və Elçin Qasımov fərqləniblər. Bu komandalar arasında növbəti oyun yanvarın 27-də keçiriləcək.

Xəbər 693 dəfə oxundu.