Lissabonda açıq turnirdə üç şahmatçımız mübarizə aparır
Portuqaliyanın paytaxtı Lissabonda Azərbaycan şahmatçılarının da qatıldıqları açıq turnir start götürüb.

Turnirdə klassik yarışlarda üç şahmatçımız - Vüqar Əsədli, Nail Bəşirli və Zaur Bayramov iştirak edirlər. İsveçrə sistemi üzrə keçirilən turnir doqquz turdan ibarətdir. Yarışda 227 şahmatçı mübarizə aparır.

Xəbər 664 dəfə oxundu.