Ağcabədidə şahmat üzrə Azərbaycan birinciliyinin seçmə mərhələsi start götürüb
Yanvarın 25-də Ağcabədidə 8, 10, 12, 14, 16 yaşlı şahmatçılar arasında Azərbaycan birinciliyinin seçmə mərhələsi start götürüb.

Ağcabədi Olimpiya İdman Kompleksində təşkil olunan yarışda hər iki kateqoriya üzrə 354 şahmatçı iştirak edir.

İsveçrə sistemi üzrə keçirilən turnir doqquz turdan ibarət olacaq.


Xəbər 680 dəfə oxundu.