“Victory Cup” turnirində
İyunun 8-10-da Türkiyənin Quşadası/Aydın şəhərində yeniyetmələr arasında güləş üzrə 15-ci “Victory Cup” beynəlxalq turniri keçiriləcək. İdman.com.az saytının xəbərinə görə, turnirdə həm yeniyetmə sərbəst, həm də yeniyetmə qızlardan ibarət yığmalarımız iştirak edəcək.

Sərbəst güləşçilərin yarışında ölkəmizi Coşqun Məmmədov (42 kq), Arif Hüseynov (46 kq), Elçin Vəliyev (54 kq), Cahid Həsənzadə (58 kq), Ənvərbəy Dalqatov (63 kq), Şamil Sadullayev (69 kq), Məhəmmədhacı Muxutov (76 kq) və Çermen Baqayev (85 kq) təmsil edəcəklər. Komanda turnirdə böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Vahid Məmmədovun rəhbərliyi qatılacaq.

Yeniyetmə qızların yarışında isə Arzu Əliyeva (46 kq), Ayan Məmmədova (49 kq), Almaz İsmayılova (52 kq), Ləman Qurbanova (56 kq), Alyona Kolesnik (60 kq), Raqnetta Qurbanzadə (65 kq) və Darya Korin (70 kq) mübarizə aparacaq. Komandaya böyük məşqçi Rövşən Süleymanov və məşqçi Mətanət Süleymanova rəhbərlik edəcək.

Xəbər 1045 dəfə oxundu.