Qəbələ Olimpiya İdman Kompleksində uşu üzrə respublika turnirinə start verilib
Yanvarın 25-də Qəbələ Olimpiya İdman Kompleksində 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr edilmiş uşu idman növü üzrə yeniyetmələr və gənclər arasında respublika turnirinə start verilib.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Uşu Federasiyasının birgə təşəbbüsü ilə keçirilən yarışda Bakı, Gəncə, Göyçay, Mingəçevir, Şəki və Ağcabədi klublarından 200-ə yaxın idmançı iştirak edir.

Bu yarışlar martda keçiriləcək uşu üzrə Azərbaycan çempionatına hazırlıq xarakteri daşıyır.

Xəbər 649 dəfə oxundu.