Qran-Pri turnirində daha 3 cüdoçumuz medallar uğrunda yarışacaq | |
İsrailin paytaxtı Təl-Əvivdə start götürən Qran-Pri turnirində daha 3 cüdoçumuz mübarizəyə qoşulacaq. Təmsilçilərimiz Rüfət İsmayılov (90 kq) Serbiya cüdoçusu Boşko Borinoviç, Aslan Mirzəyev (100 kq) Mikita Svirid (Belarus), Şahin Qəhrəmanov (100 kq-dan yuxarı) almaniyalı Sven Heynle ilə ilk döyüşlərini keçirəcəklər. Qeyd edək ki, ötən iki yarış gününü cüdoçularımız medalsız başa vurublar. Yarışa 90-a yaxın ölkədən 500-dən çox cüdoçu qatılıb. Qran-Pri turnirinə bu gün yekun vurulacaq. Xatırladaq ki, bundan əvvəl keçirilən analoji yarışda cüdoçumuz İrina Kindzerska (78 kq-dan yuxarı) qızıl, Məmmədəli Mehdiyev (90 kq) bürünc medal qazanıblar. Bu nəticə ilə komandamız ümumi hesabda 5-ci olub. |
|
Xəbər 761 dəfə oxundu. |
|
|