Karateçimiz Premyer Liqa turnirində bürünc medal uğrunda mübarizə aparacaq
Böyüklərdən ibarət milli komandamız yanvarın 24-də Parisdə start götürən Karate 1 Premyer Liqa turnirində mübarizə aparır.

Yarışda iştirak edən komandamızın üzvü Rafiz Həsənov (67 kq) bürünc medal uğrunda mübarizə aparacaq. Üçüncü yer uğrunda döyüşdə idmançımızın rəqibi braziliyalı Vinisius Fiqueyra olacaq. Döyüş yanvarın 26-da keçiriləcək.

Qeyd edək ki, Azərbaycanı kumite və kata yarışlarında 15 idmançı təmsil edir.

Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının Paris mərhələsini idarə edən referilər arasında beynəlxalq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov da yer alıblar.
Fransadakı turnirdə 92 ölkədən 703 karateçi mübarizə aparır. İdmançılar hər qələbəyə və medalların əyarına əsasən dünya reytinqi ilə yanaşı, Olimpiya reytinq xalları da qazanacaqlar.
Karate 1 Premyer Liqa turnirinə yanvarın 26-da yekun vurulacaq.


Xəbər 874 dəfə oxundu.