Şahmatçılarımız “Masters” turnirində “sülh”ə razılaşıblar | |
Cəbəllütariqdə keçirilən beynəlxalq şahmat festivalının “Masters” turnirinin dördüncü turunun oyunlarını Azərbaycan təmsilçiləri heç-heçə ilə başa vurublar. Şəhriyar Məmmədyarov argentinalı Leandro Krysa, Vasif Durarbəyli italiyalı Pier Luigi Basso ilə “sülh”ə razılaşıblar. Dörd turdan sonra V.Durarbəyli 3,5 xalla dördüncü, Ş.Məmmədyarov 3 xalla 12-ci pillədədirlər. “Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı qatılıb. Onlardan 116-sı qrossmeysterdir. |
|
Xəbər 785 dəfə oxundu. |
|
|