Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Emil və Ernest Ağakişi qardaşları növbəti təyinat alıblar
Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Emil və Ernest Ağakişi qardaşları növbəti təyinat alıblar.

Hakimlərimiz qadın həndbolçular arasında keçirilən Avropa Həndbol Federasiyası (AHF) kuboku turnirinin qrup mərhələsi çərçivəsində Rusiyanın “Lada” və Norveçin “Storhamar” komandalarının görüşünü idarə edəcəklər.

Yanvarın 25-də Tolyati şəhərinin “Olimp” idman kompleksində təşkil ediləcək qarşılaşmanın AHF-dən nümayəndəsi bolqarıstanlı Mixail Başev olacaq.

Xəbər 978 dəfə oxundu.