Argentina hökuməti Formula 1 mərhələsini ölkəyə qaytarmaq niyyətindədir
Argentinanın İdman və Turizm naziri Matias Lammens Formula 1 mərhələsini ölkəyə qaytarmaq niyyəti barədə bəyan edib.

Onun sözlərinə görə, bundan ötrü iri investisiyalar lazımdır. Nazir bu vəsaitin özəl sponsorlardan əldə edilə biləcəyinə ümidvardır.

“Biz xüsusilə hazırkı idmançılar üçün idman cazibə qüvvəsinin mərkəzi hesab edilirik. Biz istərdik ki, bir neçə ildən sonra Formula 1 mərhələsi ölkəmizə qayıtsın. Argentina üçün bu, həm idman, həm də turizm nöqteyi-nəzərindən çox maraqlı olardı.
İri investisiyalar lazımdır. Lakin mən ümidvaram ki, özəl sponsorlar bizə yardım edəcəklər”, - “As” məmurun sözlərindən sitat gətirir.

Sonuncu dəfə Argentina Qran-Prisi 1998-ci ildə keçirilib. “Ferrari”nin pilotu Mixael Şumaxer Mika Hakkinen (“McLaren”) və Eddi İrvaynı (“Ferrari”) üstələyərək mərhələnin qalibi adını qazanıb.

Xəbər 716 dəfə oxundu.