“Ulduz” komandası Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
İtaliyanın Vigevano şəhərində eşitmə qüsurlu əlillərdən ibarət komandalar arasında təşkil olunan Çempionlar Liqasında çıxış edən “Ulduz” futzal komandası növbəti oyununu keçirib.

Belçikanın “Çarleroi” klubu ilə qarşılaşan təmsilçimiz qələbə qazanıb-4:3.

“Ulduz” turnirdə növbəti oyununu bu gün keçirəcək. Macarıstanın “Budapeşt” komandası ilə qarşılaşma yerli vaxtla saat 16:00-da başlayacaq.

Qeyd edək ki, ötən mərhələdə Polşanın “Krakov” komandası ilə qarşılaşan “Ulduz” 9:8 hesablı qələbə qazanıb.

Xəbər 671 dəfə oxundu.