“Tata Steel Chess 2020”: Rauf Məmmədov 11-ci turda almaniyalı Vinset Keymer ilə qarşılaşacaq
Niderlandın Veyk-an Zee şəhərində təşkil olunan “Tata Steel Chess 2020” şahmat festivalının “Tata Steel Chalangers” turnirində bu gün 11-ci turun partiyaları keçiriləcək.

Şahmatçımız Rauf Məmmədov bu turda almaniyalı Vinset Keymer ilə qarşılaşacaq. On turun yekununda aktivində 5 xal olan R.Məmmədov yeddinci sırada qərarlaşıb.

Festivalın “Tata Steel Qualifer” turnirində iştirak edən gənc şahmatçımız Aydın Süleymanlı isə bu gün yeddinci turda niderlandlı Siem Van Dael ilə qarşılaşacaq.

Qeyd edək ki, bu turnir “Tata Steel Chalangers”ə seçim xarakteri daşıyır. A.Süleymanlı altı turun nəticəsinə görə üç xalla beşinci pillədədir.

Xəbər 648 dəfə oxundu.