Mayamidə Formula 1 Qran-Prisi üçün trasın yeni konfiqurasiyası təklif edilib
Mayamidə bəzi rəhbər işçilər Formula 1 yarışlarının bossları ilə birlikdə Mayami Qran-Prisinin təşkil edilməsi uğrunda mübarizəni davam etdirirlər.

“Mayami Dolfins” Amerika futbolu komandasının baş direktoru və bu komandanın arenasının müdiri Tomas Harfinkel şəhər trasının konfiqurasiyasının yeni variantını təklif edib.

Əvvəlki versiyada olduğu kimi, bu marşrut da “Hard Rock Stadium” arenasının dövrəsindən keçir, lakin Qran-Pri keçirilməsinin əleyhdarlarının çoxundan ötrü məhək daşına çevrilmiş 199-cu küçə konfiqurasiyadan çıxarılıb.

Gözlənildiyinə görə, Mayami mərhələsi artıq 2021-ci ildə Formula 1 yarışlarının təqviminə daxil edilə bilər. Bu, ABŞ-da ilk Qran-Pri olmayacaq. Xatırladaq ki, hazırda ABŞ F1 yarışlarında Ostin (Texas ştatı) yürüşü ilə təmsil olunub.

Xəbər 942 dəfə oxundu.