Maradona Droqbanı çağırır
Birləşmiş Ərəb Əmirliklərinin «Əl Vəsl» klubunun baş məşqçisi Dieqo Maradona hazırda sərbəst agent statusunda olan Didye Droqbanı komandasına cəlb etməyə çalışacağını bəyan edib. İdman.com.az saytının məlümatına görə, kotdivuarlı futbolçu Çinin «Şanhay Şenxua» klubu ilə müqavilə bağlamaq niyyətindədir.

Lakin Maradonanın komandası çinlilərin təklifini üstələmək istəyir. Argentinalı ulduz bu barədə deyib: «Kim Droqbanı əldə etmək istəməz ki? İstənilən komanda heyətində bu səviyyəli futbolçunu görmək istəyər».
«Şanhay Şenhua» «Çelsi»nin keçmiş forvardı üçün həftəyə 300 min funt ödəməyə hazırdır. Ancaq ərəblərin daha böyük məbləği gözdən keçirdikləri güman edilir.

Xəbər 861 dəfə oxundu.