Qılıncoynadanımız Qətərdə Qran-Pri yarışında iştirak edəcək
Yanvarın 24-26-da Azərbaycan qılıncoynadanı Qətərdə keçiriləcək Qran-Pri yarışında mübarizə aparacaq.

Turnirdə ölkəmizi kişilərdən ibarət şpaqa üzrə milli komandamızın üzvü Kənan Əliyev təmsil edəcək. İdmançımız baş məşqçi Çingiz Mustafayevin rəhbərliyi altında qüvvəsini sınayacaq.

Qeyd edək ki, dünya kuboku turnirində 48 ölkədən 219 idmançı birincilik uğrunda yarışacaq.

Xəbər 931 dəfə oxundu.