“Qarabağ” klubu İspaniyanın “Leqanes” komandasının hücumçusunu transfer edib
Ağdamın “Qarabağ” klubu İspaniyanın “Leqanes” komandasının hücumçusu Ovusu Kvabenanı transfer edib.

22 yaşlı qanalı hücumçunun Ağdam klubu ilə imzaladığı müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, O.Kvabena cari mövsümün ilk hissəsini icarə əsasında Sequnda təmsilçisi “Kordoba”da keçirib. Futbolçu, həmçinin Qana millisinin heyətində də 3 oyun keçirib.

Xəbər 708 dəfə oxundu.