Muay-tay üzrə XII Azərbaycan çempionatı keçiriləcək
Fevralın 15-16-da Abşeron Olimpiya İdman Kompleksində yeniyetmələr, gənclər və böyüklər arasında muay-tay idman növü üzrə XII Azərbaycan çempionatı keçiriləcək.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Muay-tay Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarışa 200-ə yaxın idmançı qatılacaq.

Çempionatda Bakı, Gəncə, Bərdə, Mingəçevir, Quba və Salyandan klublar iştirak edəcəklər.


Xəbər 684 dəfə oxundu.