Şahmatçılarımız “Masters” turnirinin üçüncü turunda mübarizə aparacaqlar
Cəbəllütariqdə təşkil olunan beynəlxalq şahmat festivalının “Masters” turnirinin yanvarın 23-də üçüncü turunun oyunları keçiriləcək.

Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov bu turda fransalı Jules Moussard, Vasif Durarbəyli yunanıstanlı Vasilios Kotronias, Günay Məmmədzadə braziliyalı Daniel Rangel ilə mübarizə aparacaqlar.

Ş.Məmmədyarov və V.Durarbəyli ötən turları qələbə ilə başa vurublar. G.Məmmədzadənin isə bir xalı var.

“Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı qatılıb. Onlardan 116-sı qrossmeysterdir. Turnirin reytinq favoriti Ş.Məmmədyarovdur.

Xəbər 685 dəfə oxundu.