Veyk-an Zeedə şahmatçılarımız “sülh”ə razılaşıblar | |
Niderlandın Veyk-an Zee şəhərində təşkil olunan “Tata Steel Chess 2020” turnirində şahmatçılarımız növbəti heç-heçəyə imza atıblar. Festivalın "Tata Steel Chalangers" (B turniri) turnirinin onuncu turunda mübarizə aparan şahmatçımız Rauf Məmmədov yerli idmançı Jorden Van Foreestlə “sülh”ə razılaşıb. On turun nəticəsinə görə aktivində 5 xal olan R.Məmmədov 7-ci sırada qərarlaşıb. "Tata Steel Chalangers"ə seçim turniri olan "Tata Steel Qualifer"də mübarizə aparan gənc şahmatçımız Aydın Süleymanlının da 5-ci turda Almaniya təmsilçisi Roven Vogellə oyununda bərabərlik qeydə alınıb. Beş turun nəticəsinə görə A.Süleymanlı 3 xalla 3-6-cı yerləri bölüşür. |
|
Xəbər 685 dəfə oxundu. |
|
|