“Qəbələ”-“Etar” oyununda hesab açılmayıb
Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” futbol klubu yanvarın 22-də növbəti yoxlama oyununu keçirib.

Qəbələ təmsilçisi Bolqarıstanın “Etar” klubu ilə üz-üzə gəlib. Bakı vaxtı ilə saat 17:00-da start götürən matçda hesab açılmayıb.

Qeyd edək ki, “Qəbələ” bundan əvvəlki yoxlama oyununda Macarıstanın MTK komandasına 0:3 hesabı ilə uduzub, “Çayka”ya (Rusiya) eyni hesabla qalib gəlib.

Təmsilçimiz yanvarın 25-də Rumıniyanın “Konkordiya” klubu ilə qarşılaşacaq.

Xəbər 827 dəfə oxundu.