“Azərreyl” komandası Azərbaycan Yüksək Liqasında ilk qələbəsini qazanıb
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyun keçirilib.

Birinci dövrənin yanvarın 22-də oynanılan növbəti matçında “Azərreyl” və “Express” komandaları üz-üzə gəliblər.

Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qarşılaşmada “Azərreyl” komandası 3:0 hesabı ilə qalib gəlib. Bu, “Azərreyl”in cari mövsümdə ilk qələbəsidir.

Qeyd edək ki, hesabında 6 xal olan “Neftçi” turnir cədvəlində birinci pillədə yer alıb. MOİK 4 xalla ikinci, “Azərreyl” isə 3 xalla üçüncüdür.

Xəbər 831 dəfə oxundu.