Karate üzrə 11-ci beynəlxalq “Baku Open” turniri keçiriləcək
Martın 5-8-də Boks Mərkəzində 11-ci beynəlxalq “Baku Open” karate turniri keçiriləcək.

Yarışda 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-20 yaşlı gənclər, böyüklər və veteran karateçilər iştirak edəcəklər.

Fərdi və komanda yarışlarında 10-dan artıq ölkədən 1000-dək idmançının iştirakı gözlənilir.

Xəbər 903 dəfə oxundu.