Vuhanda keçirilməsi nəzərdə tutulan boks yarışları başqa şəhərdə təşkil oluna bilər
Çində sətəlcəm kimi yayılan, amma sonradan koronavirusun yeni növü olduğu müəyyən edilən virusun ölkədə sürətlə yayılması “Tokio 2020” təşkilatçılarının narahatlığına səbəb olub.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, narahatlığa əsas səbəb kimi Çinin orta bölgəsi, Hubei əyalətinin paytaxtı Vuhan şəhərində fevralın 3-dən 14-dək Asiya və Okeaniya ölkələri üçün “Tokio 2020” Olimpiadasında iştirak etmək üçün boks yarışlarının keçirilməsi göstərilib.

“Tokio 2020” təşkilatçıları xəstəliyin son zamanlarda sürətlə yayılması, idmançıların, rəsmilərin və tamaşaçıların qorunması üçün Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən yarışın alternativ bir məkana köçürülməsi təkliflərini irəli sürüblər. BOK bu barədə yekun qərarını yanvarın 23-də açıqlayacaq.

Qeyd edək ki, Filippin bu yarışı keçirməkdə maraqlı olan ölkələr arasındadır.




Xəbər 876 dəfə oxundu.