“Neftçi” klubu ispaniyalı mütəxəssislə müqavilə imzalayıb
Bakının “Neftçi” futbol klubunun məşqçilər korpusunda yeni təyinat olub.

Azsport.az kluba istinadla xəbər verir ki, əsas komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini Mario Fernandes Kastelyano yerinə yetirəcək.

Otuz dörd yaşlı ispaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.

Xəbər 677 dəfə oxundu.