Azərbaycan millisi yenidən Özbəkistan yığması ilə qarşılaşacaq
Dünya çempionatının elit-raund mərhələsinə hazırlaşan futzal üzrə Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq oyununu keçirəcək.

Komandamız saat 20:00-da Bakı İdman Sarayında yenidən Özbəkistan futzalçıları ilə qarşılaşacaq.

Oyunu Əli Cəbrayılov, Knyaz Əmiraslanov və Fuad Həsənovdan ibarət hakimlər briqadası idarə edəcək.

Komandalar arasında yanvarın 21-də keçirilən yoldaşlıq oyununda Özbəkistan yığması 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Azərbaycan millisi elit-raund mərhələsi çərçivəsində yanvarın 29-da Xorvatiya, ertəsi gün Rusiya, fevralın 1-də isə Slovakiya yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da keçiriləcək.

Xəbər 710 dəfə oxundu.