Şahmatçılarımız “Gibraltar International Chess Festival 2020” festivalının ikinci turunda mübarizə aparacaqlar
Yanvarın 22-də “Gibraltar International Chess Festival 2020” festivalının Azərbaycan şahmatçılarının da iştirak etdiyi “Masters” turnirinin ikinci turunun oyunları keçiriləcək.

Təmsilçimiz Şəhriyar Məmmədyarovun növbəti turda rəqibi İngiltərədən olan Stephen Gordondur. Digər təmsilçilərimiz Vasif Durarbəyli almaniyalı Elizabet Paehtz, Günay Məmmədzadə rusiyalı Mixail Kobalia ilə mübarizə aparacaqlar. Şahmatçılarımız turnirin ilk turunu qələbə ilə başa vurublar.

Qeyd edək ki, “Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı qatılıb ki, onlardan da 116-sı qrossmeysterdir. Turnirin reytinq favoriti təmsilçimiz Ş.Məmmədyarovdur.

Xəbər 665 dəfə oxundu.