“Səbail” və “Sabah” komandaları yoxlama oyunlarında çoxqollu heç-heçə ediblər
Antalyada təlim-məşq toplanışında olan “Səbail” və “Sabah” komandaları yanvarın 21-də yoxlama oyunları keçiriblər.

Hər iki komandamız görüşlərdə çoxqollu heç-heçə ediblər.

“Səbail” klubu yoxlama oyununda Rumıniyanın yüksək liqasında çıxış edən “Voluntari” komandası ilə qarşılaşıb. Əvvəlki iki yoxlama matçında Qazaxıstanın “Jetisu” (0:1) və Ukraynanın “Olimpik” komandalarına (1:3) uduzan paytaxt təmsilçisi bu dəfə oyundan bir xalla ayrılıb – 2:2.

Sonuncu yoxlama oyununda Moskvanın “Spartak” klubunun əvəzediciləri ilə qarşılaşan “Sabah” da 2:2 hesablı heç-heçə edib. Əvvəlki üç yoxlama matçında Qazaxıstanın “Kaysar” komandasına 3:1 hesabı ilə qalib gələn “Sabah” Rumıniyanın “Akademika Klinçeni” kollektivi ilə qolsuz heç-heçəyə nail olub. Komanda Macarıstanın “Pakş” klubuna isə 0:2 hesabı ilə uduzub.

Xəbər 718 dəfə oxundu.