Ağcabədidə voleybol üzrə rayon birinciliyi keçirilib
Ağcabədi şəhər 12 nömrəli tam orta məktəbdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş voleybol üzrə məktəblilər arasında rayon birinciliyi keçirilib.

Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən birincilikdə 16 komanda mübarizə aparıb. Gərgin və maraqlı idman mübarizəsinin yekununda Təzəkənd kənd tam orta məktəbin komandası birinci, Ağcabədi şəhər 2 nömrəli tam orta məktəbin komandası ikinci, 5 nömrəli tam orta məktəbin komandası üçüncü yerə layiq görülüb.

Yarışda fəxri kürsüdə yer alan komandaların üzvlərinə Ağcabədi rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.

Xəbər 896 dəfə oxundu.