20 Yanvar şəhidlərinin xatirəsinə ciu-citsu üzrə Bakı turniri keçirilib
Hövsan Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə yeniyetmələr və gənclər arasında ciu-citsu idman növü üzrə Bakı turniri keçirilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ciu-citsu Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışa 9 klubdan 150 idmançı qatılıb.

Turnirin qalibləri Baş İdarə və federasiya tərəfindən mükafatlandırılıblar.

Xəbər 819 dəfə oxundu.