Hokkenhaymda Formula 1 yarışlarına qayıtmağa hazırdırlar
Bu il Formula 1 çempionatının təqvimində Almaniya Qrin-Prisi yer almayıb. 2019-cu ildə “Mercedes” şirkəti Qran-Prinin keçirilməsi ilə bağlı maliyyə xərclərini öz üzərinə götürmüşdü. Lakin bu, alman şirkətinin avtomobil yürüşlərində iştirakının 125 illiyinə həsr edilmiş birdəfəlik aksiya idi.

Avtodrom 2020-ci il mövsümü üçün sponsorlar tapa bilməyib. Maraqlıdır ki, deyilənlərə görə, Almaniyada cəmi 16 milyon dollar tapa bilməyiblər, Səudiyyə Ərəbistanı Qran-Prisinin keçirilməsinə isə təşkilatçılar ildə 65 milyon dollar ödəməyə hazırdır.

Formula 1-dən imtina edən Hokkenhaymrinqin sahibləri musiqi festivallarının və digər kütləvi tədbirlərin keçirilməsinə diqqətlərini yönəltsələr də, onlar kiminsə vəsait ödəyəcəyi təqdirdə yürüşlərə qayıtmağa hazırdırlar.

“Formula 1 üçün qapılar daim açıq olacaq, gələcəkdə yürüşlər qayıda bilər. Bu, maliyyə şəraitindən asılı məsələdir”, - deyə idarəçi şirkətin rəhbəri Tomas Rayster bildirib.

AZƏRTAC

Xəbər 783 dəfə oxundu.