“Zirə” klubu yenidən Yovan Krnetanı heyətinə cəlb edib
Bakının “Zirə” klubu yeni futbolçu ilə anlaşıb.

Azsport.az kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi Yovan Krneta ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.

Qeyd edək ki, 27 yaşlı serbiyalı müdafiəçi 2015-2018-ci illərdə də “Zirə”nin şərəfini qoruyub. O, həmçinin, ölkəsinin “Teleoptik”, “Srvena Zvezda”, “Sopot”, “Radinçki”, Ukraynanın “Çernomorets” və Yunanıstanın “Levadiakos” klublarının şərəfini qoruyub.

Xəbər 693 dəfə oxundu.