Kikboksinq üzrə üçüncü “Xocalı kuboku” turniri keçiriləcək
Yanvarın 24-də Bakı İdman Sarayında kikboksinq üzrə üçüncü “Xocalı kuboku” turniri start götürəcək.

“Xocalıya ədalət!” devizi altında təşkil olunacaq turnirdə yeniyetmələr, gənclər və kadetlər mübarizə aparacaqlar.

Azərbaycan Kikboksinq Federasiyası və “Xocalı” idman klubunun təşkilatçılığı ilə keçiriləcək turnir 3 gün davam edəcək.

Xəbər 1026 dəfə oxundu.