Azərbaycan millisi Maltada Lixtenşteyn yığması ilə yoldaşlıq oyunu keçirəcək
Martın 23-dən 31-dək Maltada təlim-məşq toplanışında olacaq futbol üzrə Azərbaycan milli komandasının daha bir rəqibi müəyyənləşib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, millimiz martın 26-da Bakı vaxtı ilə saat 19:00-da Lixtenşteyn yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Xatırladaq ki, komandamız toplanış zamanı növbəti yoldaşlıq oyununda Malta yığması ilə qarşılaşacaq. Martın 30-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbər 1042 dəfə oxundu.