Şahmatçılarımız “Gibraltar International Chess Festival 2020”də mübarizəyə başlayırlar
Yanvarın 21-də nüfuzlu şahmat yarışlarından olan “Gibraltar International Chess Festival 2020” turniri start götürür.

Cəbəllütariqdə keçiriləcək və 10 turdan ibarət olacaq festivalın “Masters” turnirində Azərbaycanın 3 şahmatçısı - Şəhriyar Məmmədyarov, Vasif Durarbəyli və Günay Məmmədzadə mübarizə aparacaq.

Ş.Məmmədyarovun ilk turda rəqibi hindistanlı Rahil Mulik olacaq. Digər şahmatçılarımız V.Durarbəyli Cənubu Afrika Respublikasından olan Daniel Barış, G.Məmmədzadə hindistanlı Şalmali Gagare ilə üz-üzə gələcəklər.

“Masters” turnirdə hər il onlarca qrossmeyster, o cümlədən “2700 klubu”nun üzvləri iştirak edirlər. Bu il festivalın “Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı qatılıb ki, onlardan da 116-sı qrossmeysterdir. Turnirin reytinq favoriti təmsilçimiz Ş.Məmmədyarovdur.

Xəbər 832 dəfə oxundu.