Qış idman növləri üzrə Paralimpiya yığmamızın üzvləri təlim-məşq toplanışını davam etdirirlər
Azərbaycanın qış idman növləri üzrə Paralimpiya yığma komandasının üzvləri “Şahdağ” Turizm Mərkəzində təlim-məşq toplanışını davam etdirirlər.

Hazırlıq prosesində baş məşqçi Məhəmməd İsmayılovun rəhbərliyi altında snoubordçu Aytac Qasımova, dağ xizəkçiləri Daşqın Abbasov və Gülnar Rəhimova iştirak edirlər.

Təlim-məşq toplanışının məqsədi idmançılarımızın hazırlıq səviyyəsini artırmaq və fevralın 24-dən martın 2-dək Polşada keçiriləcək Qış Oyunlarına hazırlıq məqsədi daşıyır.

Xəbər 907 dəfə oxundu.