Futzal üzrə Azərbaycan millisi Özbəkistan yığması ilə qarşılaşacaq | |
Dünya çempionatının elit-raund mərhələsinə hazırlaşan futzal üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirəcək. Komandamız saat 20:00-da Bakı İdman Sarayında Özbəkistan futzalçıları ilə qarşılaşacaq. Oyunu Hikmət Qafarlı, Anar Fərəcov və Rahin Heybətovdan ibarət hakimlər briqadası idarə edəcəklər. Komandalar arasında növbəti yoldaşlıq oyunu yanvarın 22-də keçiriləcək. Qeyd edək ki, Azərbaycan millisi elit-raund mərhələsi çərçivəsində yanvarın 29-da Xorvatiya, ertəsi gün Rusiya, fevralın 1-də isə Slovakiya yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da keçiriləcək. |
|
Xəbər 661 dəfə oxundu. |
|
|