Veyk-an Zeedə şahmatçımız Rauf Məmmədovun növbəti rəqibi Ervin Lami olacaq
Niderlandın Veyk-an Zee şəhərində təşkil olunan “Tata Steel Chess 2020” turnirində doqquzuncu turun oyunları keçiriləcək.

Turnirin B qrupunda mübarizə aparan şahmatçımız Rauf Məmmədov növbəti turda yerli idmançı Ervin Lami ilə mübarizə aparacaq.

Səkkiz turun nəticəsinə görə R.Məmmədovun aktivində 4,5 xal var. O, bu nəticə ilə 6-cı sırada qərarlaşıb.

Xəbər 654 dəfə oxundu.