Birinci Avropa velofestivalının 2021-ci ildə Minskdə keçirilməsi planlaşdırılır
Birinci Avropa velofestivalının 2021-ci ildə Minskdə keçirilməsi planlaşdırılır.

Azsport.az saytı xəbər verir ki, bu barədə niyyət protokolu bu gün Avropa Velosiped İdmanı İttifaqının prezidenti Rokko Kataneo və Belarus Velosiped İdmanı Federasiyasının sədri Natalya Silinski arasında imzalanıb.

Qeyd edək ki, festivalın keçiriləcəyi iki həftə ərzində Olimpiya növləri üzrə nüfuzlu Avropa çempionatlarının, şosedə, trekdə startların, BMX-yürüşlərin və BMX-fristaylların keçirilməsi planlaşdırılır. “Gran Fondo” həvəskarlarının kütləvi yürüşü də əsl bayrama çevrilə bilər. Minskdə nüfuzlu forumun mükafatları uğrunda 5 min iştirakçı mübarizə aparacaq, 72 dəst medal oynanılacaq.

Xəbər 669 dəfə oxundu.