Bakının “Neftçi” klubu Ukraynanın “Dinamo Kiyev” komandası ilə qarşılaşacaq
Antalyada təlim-məşq toplanışında olan Bakının “Neftçi” futbol klubu növbəti yoxlama matçına çıxacaq.

Paytaxt təmsilçisi ikinci yoxlama görüşündə Ukraynanın “Dinamo Kiyev” komandası ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə 18:00-da başlayacaq.

Qeyd edək ki, ilk yoxlama görüşündə Polşanın “LKS Lodz” klubuna 0:4 hesabı ilə məğlub olan təmsilçimiz yanvarın 24-də “Desna” (Ukrayna) ilə qarşılaşacaq.


Xəbər 637 dəfə oxundu.