“Cənub” komandası kunq-fu üzrə açıq beynəlxalq turnirin qalibi olub
Hövsan Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr və gənclər arasında kunq-fu idman növü üzrə açıq beynəlxalq turnir keçirilib.

Azərbaycan Kunq-Fu Federasiyasının təşəbbüsü ilə keçirilən yarışa 170 idmançı qatılıb.

Çempionatda “Cənub” idman klubu medal sayına görə birinci olub. “Fateh” komandası yarışı ikinci, “Sarivan” isə üçüncü pillədə başa vurublar.

Çempionatın qalibləri federasiya tərəfindən diplom və medallarla mükafatlandırılıblar.

Qeyd edək ki, turnirdə Gürcüstan idmançıları da mübarizə aparıblar.

Xəbər 660 dəfə oxundu.