Qadın voleybolçulardan ibarət Azərbaycan millisi beynəlxalq reytinq cədvəlində 5-ci pilləyə yüksəlib
Avropa Voleybol Konfederasiyası qadın voleybolçulardan ibarət milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Hesabında 225 xal olan Azərbaycan millisi beşinci pillədə qərarlaşıb. Ötən reytinq cədvəli ilə müqayisədə millimiz 6 pillə irəliləyib.

Reytinq cədvəlinə 250 xalla Serbiya seçməsi başçılıq edir. Aktivində 236 xal olan Türkiyə və İtaliya komandaları ilk üçlüyü tamamlayırlar.


Xəbər 866 dəfə oxundu.