Budo üzrə Ukrayna millisinin məşqçisi Teymur İbrahimova beynəlxalq nümayəndəlik sənədləri təqdim edilib
Ukraynanın Dnepetrovsk şəhərində Dünya Budo Döyüş Növləri Federasiyasının (DBDNF) iclası keçirilib.

İclasda budo üzrə Ukrayna millisinin məşqçisi olan əslən azərbaycanlı Teymur İbrahimova DBDNF-nin nümayəndəlik sənədləri təqdim edilib. T.İbrahimova sənədi DBDNF-nin beynəlxalq əlaqələr üzrə nümayəndəsi, Azərbaycan Budo Döyüş Növləri Federasiyasının ful kontakt üzrə milli komandasının baş məşqçisi Səbuhi Vəliyev təqdim edib.

Qeyd edək ki, tədbirdə bir sıra federasiya nümayəndələri də fəxri diplomlara layiq görülüblər.

Xəbər 865 dəfə oxundu.