Voleybolçumuz Fransa çempionatında növbəti qələbəsini qazanıb
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Alyona Həsənova Fransa çempionatında növbəti qələbəsini qazanıb.

Voleybolçumuzun çıxış etdiyi “Le Kannet” komandası Fransa çempionatının 16-cı turunda “San-Rafael” klubu ilə qarşılaşıb. Görüş “Le Kannet” komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin blokçusu bu oyunda 14 xal toplayıb.
Qeyd edək ki, hesabında 32 xal olan “Le Kannet” turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

Xəbər 846 dəfə oxundu.