Azərbaycan idmançıları İranda qurşaq güləşi üzrə beynəlxalq turnirdə iki medal qazanıblar
Azərbaycan idmançıları İranın Qolestan vilayətinin Qombed şəhərində keçirilən qurşaq güləşi üzrə beynəlxalq turnirdə iki medal qazanıblar.

İran, Əfqanıstan, Türkmənistan və Azərbaycandan 100-ə yaxın idmançının iştirak etdiyi turnirdə Camal Feyziyev (100 kiloqramdan yuxarı) gümüş, Cavid Mustafayev isə bürünc medal qazanıblar.

Qeyd edək ki, ölkəmizi turnirdə 5 idmançı, 1 məşqçi və bir hakim təmsil edib. Komandamız yarışa Samir Abdullayevin rəhbərliyi altında qatılıb.


Xəbər 720 dəfə oxundu.